2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ramin Mehdiyevin müsahibi necə qəzaya düşüb?- İlginc iddia

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramin Mehdiyevin müsahibi Mənsim Məmmədovun ölümü ilə bağlı inlginc məlumatlar yayılıb.

“24 saat” xəbər verir ki, avtoqəzada dünyasını dəyişən Mənsim Məmmədovun ölümünə səbəb onun avtomobilinin yol polisi tərəfindən qovulması olub.

Məlumat üçün deyək ki, hadisə Şabran rayonunun Leyti kəndi ərazisində baş verib. Mühasib Mənsim Məmmədovun idarə etdiyi avtomobil kənd ərazisindən keçən kanalın içinə düşüb. İddialara görə, həmin vaxt onu Şabran Rayon Yol Polisi şöbəsinin rəisi Vasif Məmmədov qovurmuş.

Saytların yığılması Saytlarin yigilmasi

Şabranda hadisənin xeyli sayda şahidi var. Rayonda danışırlar ki, Vasif Məmmədov Mənsim Məmmədovu “KİA” markalı 90 YP 183 dövlət nömrə nişanlı avtomobillə qovub. Mənsim Məmmədov qəzaya uğrayandan sonra hadisə yerini tərk edib və dərhal məzuniyyət götürüb.

24saat.org məsələ ilə bağlı Şabran Rayon Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa cəhd etsə də, nəticə uğursuz olub. Vasif Məmmədovun özü ilə də əlaqə saxlamaq mümkün olmayıb.

Xatırlatma:

Mənsim Məmmədov uzun illər Ramiz Mehdiyevin sahibliyində olan və kürəkəni İlham Əliyevin idarə etdiyi MMC-də çalışıb. Qeyd edək ki, İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC-lər Şabran və ətraf rayonlarda xeyli torpaq sahəsi ələ keçirib. Ramiz Mehdiyev vəzifədən çıxarıldıqdan və kürəkəni mandatdan məhrum edildikdən sonra torpaq sahibləri hərəkətə keçiblər.

Şabran Rayon Məhkəməsinə verilən iddialara baxılıb və İlham Əliyevin illər əvvəl əl qoyduğu 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button